Логика целосности, нечеткая логика и моделирование знаний для машинного обучения.
Фатма ханум Бунятова
директор «Школы интеллекта» Баку, Азербайджан fatmaxanum@rambler.ru www.idrak—m.com
Эта статья написана по просьбе редакции журнала www.intechopen.com Open Access book, “Fuzzy Logic”, ISBN 979-953-307-578-4. В статье впервые показана технология моделирования содержания знаний на основании логики целостности Пиаже и нечеткой логики Заде в машинном обучении. Статья была принята редакцией и было предложено написать главу «Машинное обучение» в новой книге«Fuzzy Logic =1» . Мы надеемся что эта статья найдет свою русскоязычную аудиаторию, заинтересованных лиц и мы рады будем сотрудничать с ними.
Абстракт.
Данная статья посвящена моделированию содержания обучения предметных знаний для машинного обучения без педагога. Модель знаний построена на логике целостности Пиаже и на нечеткой логике Заде.
Ключевые слова: логика целостности, нечеткая логика, естественный и искуственный интеллект, модель, машинное обучение, числовые свойства.
Скоростное развитие ИКТ ясно показывает, насколько обучение отстает от этого развития. Быстрая модификация технологических устройств оставляет далеко за собою тяжелую на модернизацию образование. Хотя техническими средствами ИКТ были образованы новые направления в обучении как e- learninq, Read the rest of this entry »
Baxış: 2307Söz və onun mənası
Bu təqdimat II sinifdə sözün mənası mövzusu üzrə hazırlanmışdır.Təqdimat İKT-nin ppt ,mimio ilə bərabər pedaqoji texnologiya olan konstruktiv təlimlə bir vəhdətdə hazırlanmışdır. Konstruktiv təlim texnologiyasında dərslikdə verilən texnologiyadan fərqli olaraq bilik bir vahid kimi yox, vahidlər inteqrasiyasında təqdim olunur. Məhz buna görə də dərslikdə olan üsul və yanaşma KT texnologiyasının vasitəsilə genişlənərək dərinləşir.KT texnologiyası ilə biliklər müəllim tərəfindən ötürülmür.Bu bilikləri uşaqlar müəllimin qoyduğu düşündürücü suallar vasitəsilə özləri yaradırlar. Read the rest of this entry »
Bu bizik
«İdrak məktəbi» Təlim Mərkəzinin «Montessori pre-school group»u hər il olduğu kimi bu ildə uşaqlarla birlikdə öz işlərini təqdim etmişlər.Təqdimata sizdə baxsanız uşaqların hələ nizamlanmamış Read the rest of this entry »
Good news & bad news
Fatma xanım Bunyatova
İngilislər xeyir və bəd xəbərləri deyəndə cümlələrinin başında bu sözləri işlədirlər. Bir növ bu çox yaxşı haldır, çünki insan istər — isrəməz bu xəbərə ani olaraq psixoloji cəhətdən özünü hazırlayır.
Əvvəlcə başlayaq “good news” — dan.
Mayın ortalarında mənim elektron poçtuma İtaliyanın İnTech təşkilatının www.intechopen.com Open Access book, «Fuzzy Logic», ISBN 979-953-307-578-4. meneceri Ms. İva Simcic— dən bir məktub gəlmişdi.
Məktub mənə çox maraqlı gəldi və ən çoxu o maraq oyatdı bu jurnalın redaktorunun mənim 2010 -AİCT-3 — beynəlxalq konfransda məruzə etdiyim “ Лoгика целостности, нечеткая логика и моделирование содержания предметных знаний” mövzusunda etdiyim məruzəyə verilən diqqət idi. Məruzə Jan Piajenin tamlıq məntiqinə, Lütfi-Zadənin qeyri səlist məntiqinə və bunların əsasında fənn biliklərinin modelləşdirilməsinə aid idi. Read the rest of this entry »
Baxış: 1974Valideynlərin nəzərinə
“İdrak məktəbi”nin məktəbə hazırlıq qrupunun məramı.
Uşaq nə qədər körpəlikdən bilik toplasa,
təxəyyülündə surətlər yaratsa, bu onun
daxili varlığının səltənətinə çevrilər.
F.Bunyatova
Dünya təcrübəsində məktəbə hazırlıq uşaqların erkən inkişafının məqsədyönlü, onun inkişaf və istək ritmini pozmadan aparılmasını göstərir. Təbiətən oynayaraq, hərəkətdə olaraq uşaq inkişaf edir, bu oyunlar, hərəkətlər bilik daşıyıcısına çevriləndə, onda həm fiziki inkişaf gedir, həmdə onun biliyi inkişafda olur. Bilik olan yerdə, ona yeni element əlavə edəndə o hərəkətə düşüb yeni bir formada olur. Yaranmış biliyin hər bir yeni forması, onun təxəyyülündə yeni surətlər yaradır.
Erkən təhsilin, məktəbə hazırlığın əsas məqsədini biz təxəyyülün inkişafında , həyatı biliklərin əməli formada alınmasında, bu biliklərin surətlərə çevrilməsində görürük. Uşaq onun üçün məqsədyönlü inkişaf yolunda olanda, öz daxili dünya aləminin cizgilərini yaradır.Bu yaranmış surətlər onu gələcək həyatında məktəbə qədəm basanda ondan orada tələb olunan bilik və vərdişlərin əməli tətbiqi zamanında açılıb, hərəkətə gələrək, ona lazımı informasiyanı təqdim etməyə şərait yaradır. Məhz buna görədə “İdrak məktəbi”nin məktəbə hazırlıq proqramı geniş olaraq hərəkətedici və əməli formada həyata keçirilir.
Əgər Siz uşaqlarınızın inkişafının bu istiqamətdə aparılmasını istəyirsinizsə bizə müraciət edə bilərsiniz.
Əlaqə: Ünvan: Azadlıq pr.151 A
Tel: (012)441-58-06
![]()

Münasibət – triqonometriyanın nağılı.
Nurlan Quliyeva
Göygöl rayonu Üçtəpə kənd orta məktəbinin riyaziyyat və informatika müəllimi
Triqonometriya səmada yarandı. Həyat üçbucağıda( ömür, əməl və əbədiyyət) münasibətləri müəyyənləşdirdi. Əbədiyyəti əməllərin yasama nisbəti kimi qəbul etdi. Zamanı xeyrə və ya şərə bölərək adamların həyata baxış bucaqlarını hesabladı.
Triqonometriya özünü təsdiqləməkçün fəzadan müstəviyə endi. Düzbucaqlı üçbucaqda bucaq( əbədiyyət-həyata baxış) və tərəflər( əməllərin zamana-ömrə nisbəti) arasında münasibət oldu. Read the rest of this entry »
Triqonometrik tənliklərin həlli.
Nurlan Quliyeva
Göygöl rayonu Üçtəpə kənd orta məktəbinin riyaziyyat və informatika müəllimi
Konstruktiv təlim texnologiyasının tətbiqi ilə qurduğum bu dərs özundə interaktiv texnologiyanı əks etdirir və burada fərdi yaradıcılıq ictimailəşərək genişlənir və daha da dərin çalarlar yaradır.
Dərsin məqsədi: şagirdlərin “Triqonometrik tənliklərin həlli”-i haqqındakı biliklərini formalaşdırmaq və tənliklərin həll üsullarını araşdıraraq onları yeni biliyə çevirmək, şagirdlərin komandalarda qarşılıqlı fəaliyyətlərini inkişaf etdirməkdir.
Konstruktiv təlimdə dərs iki hissədən ibarətdir. Dərsin birinci hissəsi axtarış elementi ilə başlayır. Bu hissədə qarşıya qoyduğum məqsəd: şagirdlərin triqonometriya və tənlik haqqında biliklərini ortalığa çıxartmaq və mövzünün bilik sistemində yerini taparaq onu sistem çərçivəsində inkişaf etdilməsi üçün şərait yaratmaqdır. İkinci hissədə – təsəvvürlərin əks olunması mərhələsində keçilən mövzunun mənimsənilməsini və tətbiqinin düzgünlüyünü yoxlamaq üçün komandalara suallar, tapşırıqlar verilir. Komandaların öncülləri işlərini təqdim edirlər.
Read the rest of this entry »
Evrovision-2011-in qalibi AZƏRBAYCAN OLDU!
Azərbaycan təmsilçiləri Evrovision-2011 -in qalibləri oldu…9 may – Faşızm üzərində qələbə günü.
XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətda bütün bəşəriyyəti təhlükə altına aldı. Ikinci vətən müharıbəsi illərində azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycan oğlan və qızları cəbhəyə yollanırdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfəri Şərəf ordeni ilə təltif olundular. Read the rest of this entry »
Qələm( Xətlərin hekayəti).
Nurlan Quliyeva.
Göygöl rayonu Üçtəpə kənd orta məktəbinin riyaziyyat və informatika müəllimi
Sehirli qələm müstəvidə bir necə xətlər çəkdi. Onları nizamlayıb adlandırdı. Birinci xəttə toxunmadı. O kainatın dərinliklərinə doğru sonsuz uzandı. İkinci düz xətti kəsdi. Şüa oldu. Üçüncü düz xətti isə hər iki tərəfdən kəsib parça adlandırdı.
Sonsuzluğuna qürrələnən düz xətt şüaya:
— Bir bunun boy-buxununa bax! – dedi. – Bir tərəfə uzanaraq mənə tay olmaq istəyir. Unutma sən yarım düz xətsən.


