Sayğac


free counters




Treninqlər
Pedsovet.org
Участник Всероссийского интернет-педсовета-2010

Konstruktiv təlimlə aparılan riyaziyyat dərsinin təqdimatı.

Göygöl rayonu Üçtəpə kənd orta məktəbini

riyaziyyat və informatika müəllimi.

Quliyeva Nurlan

“Ən böyük ortaq bölən”-6-cı sinif dərsi konstruktiv təlim üsulu ilə qurulmuşdu. Konstruktiv təlimin əsas məqsədi şagirdlərin özlərinin öz biliklərinin yaradıcısı olmağıdır. Qoyduğum məntiqi suallar əsasında şagirdlər öz biliklərindən çıxış edərək yeni biliklərini yaratdılar. Read the rest of this entry »

Baxış: 5043

Azərbaycanda ilk dəfə olaraq elmi layihələr dövlət tərəfindən maliyyələşdiriləcək

Prezident yanında elmin inkişafı fondunun qrant müsabiqəsinə layihə qəbulu başa çatıb

Prezident yanında elmin inkişafı fondunun elan etdiyi qrant müsabiqəsinətəqdim olunan layihələrin sayı gözləniləndən 2 dəfə çox olub. Layihələrin əksəriyyəti fundamental və tətbiqi xarakterlidir.

Elmin inkişafı fondunun elan etdiyi birinci müsabiqə müddətində quruma 194 qrant layihəsi təqdim olunub. Fondun ijraçı direktoru Elçin Babayevin «birinci kanal»a verdiyi məlumata görə, layihələr elmin ən müxtəlif istiqamətlərini əhatə edir: Read the rest of this entry »

Baxış: 2226

Müəllimlərin diqqətinə!

Bu yol ayrı bir yoldur. Bu yol təfəkkür yoludu.

“İdrak məktəbi”nin Konstruktiv təlim mərkəzi “İlin ən yaxşı müəllimi-2011” müsabiqəsində iştirak etmək istəyən müəllimlər üçün fərdi treninq  keçirir. 2009 və  2010 –cu ildə Mərkəzə 8 müəllim müraciət etmişdı və onların  7-si müsabiqənin qalibi olmuşdular. Read the rest of this entry »

Baxış: 2916

Həyat bilgisi. II sinif. Çörək

189 saylı orta ümumtəhsil məktəbin ibtiadai sinif müəllimi Əliyeva İradənin təqdimatı. Təqdimatı izləmək üçün buraya tıqlayın.

Baxış: 3984

Dərs təqdimatı. Həyat bilgisi — II sinif

Bakı şəhər Səbail rayonu E. Məmmədov adına

189 № li  orta məktəbin ibtidai sinif müəllimi

Əliyeva İradə Qurban qızı

Mövzu: Çörək

Dərs proyekt texnologiyası üzrə qurulmuşdur. Bu texnologiya üzrə aparılan iş sinif çərçivəsində bitmir. Verilən tapşırıqlara əsasən şagirdlər öz araşdırmaları üzrə yerinə yetirirlər. Məlumat toplamaq üçün onlar dərslikdən əlavə uşaq ensiklopediyasından, valideynin köməyilə internet resurslardan maraqlı materiallar toplayıb birlikdə ümumiləşdirirlər.Sonra hər qrup sinif qarşısında öz təqdimatını edir.Bu texnologiyada şagirdlər araşdırma vərdişlərini yaradır, informasiyanı biliyə çevirmək və onları təqdim etmək kimi bacarıqları aşılayır.Əməkdaşlıq şəraitində aparılan bu cür iş şagirdlərdə məsuliyyət , düzgün iş bölgüsü və s. kimi sosial vərdişlərini yaradır. Read the rest of this entry »

Baxış: 6709

С днем учителя!


mənbə: www.pedsovet.org

Baxış: 1344

Təbriklər!!!

Konstruktiv Təlim Mərkəzinin Dəyərli Üzvü  Almaz xanım!

Respublikanın Əməkdar müəllimi fəxri ad almağınız xəbəri bizi sevindirdi.

Sizi səmimi qəlbdən təbrik edir, sizə can sağlığı və gələcək fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə: İdrak məktəbinin Konstruktiv Təlim Mərkəzinin kollektivi!

Baxış: 2755

Праздничное поздравление от наших иностранных друзей!

Уважаемая Фатма-Ханум и коллектив Школы интеллекта!

От всей души поздравляю вас с профессиональным праздником!
Нет на земле занятия более значимого, важного, благородного, чем быть учителем, сохранять связь поколений, держать в руках и передавать молодым бесценный огонь знаний и опыта. Пусть каждый день, проведённый в школе, приносит вам радость от общения с детьми, новые знания и позитивные эмоции! Желаю здоровья, оптимизма, новых открытий, искренних пытливых учеников и огромного счастья в работе и в жизни.
С уважением,директор НОУ СОШ Творчество Савина Е.П.

mailto:savina@samaramail.ru

Baxış: 1575

Təbriklər!

HÖRMƏTLİ MÜƏLLİMLƏR!

Sizi Beynəlxalq müəllimlər günü münasibətilə təbrik edir, sizə can sağlığı, xoşbəxt həyat və fəaliyyətinizdə uğurlar arzu edirəm.

Fatma xanım Bünyatova

Baxış: 35069

Üçtəpə kənd orta məktəbindən məktub!

Əməkdaşlıq( hekayə)

Nurlan Quliyeva

Payız günəşinin şəfəqləri səmanı işıqlandırsa da hava sərin idi. Sərinlik quşların səsində, suların şırıltısında, yarpaqların xışıltısında bir həzinlik yaratmışdı. Payızın bütün çalarları həmahəng olub təbiəti gözəlləşdirsə də bir ömrün payızı idi. Canlılar ömürlərinin yazı üçün yaşayırdılar.Təbiət isə həzin və nikbin notlar üzərində köklənərək payızdan zövq alırdı.
Səhər durub təbiəti belə gözəl gördükdə qəlbimdə xoş duyğular yarandı. Yüksək əhval ilə məktəbə getdim. Məktəbdə müəllimlərin peşəkarliq səviyyəsini artırmaq üçün təşkil olunmuş kursa göndərildiyimi bildim. Göygöl rayonuna-kurs təşkil olunmuş məktəbə getdim. Burada müxtəlif məktəblərdən gəlmiş müəllimlərə iki gənc müəllim dərs deyəcəkdi. İlk nəzərimə çarpan gənclərin mehriban və mədəni olmaları oldu. Read the rest of this entry »

Baxış: 1725
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe