Archive for the ‘Müəllimdən müəllimə’ Category
Математика. II класс.Геометрические фигуры
Юсифова Сабина. Презентация урока «Геометрические фигуры». Подробнее здесь.
Baxış: 2062Презентация урока. Математика во 2-ом классе
Юсифова Сабина, педагог начальных классов Сабаильский р-н, школа №189
Этот урок был проведен мною во втором класcе на основании требований
Курикулюма. Во время подготовки к уроку были использованы медиаресурсы из многих сайтов. Урок был проведен по технологии интерактивного обучения. При применения технологии интерактивного обучения между учениками и учителем создается взаимосотрудничество, учащиеся в группах обмениваются мнениями, каждый ученик бывает вовлечен в работу; они приобретают навык сотрудничества, умения работы в кооперации, умения слушать друг друга, принимать взгляды товарищей и и т.д. Read the rest of this entry »
Baxış: 7987Konstruktiv təlimlə aparılan riyaziyyat dərsinin təqdimatı.
Göygöl rayonu Üçtəpə kənd orta məktəbini
riyaziyyat və informatika müəllimi.
Quliyeva Nurlan
“Ən böyük ortaq bölən”-6-cı sinif dərsi konstruktiv təlim üsulu ilə qurulmuşdu. Konstruktiv təlimin əsas məqsədi şagirdlərin özlərinin öz biliklərinin yaradıcısı olmağıdır. Qoyduğum məntiqi suallar əsasında şagirdlər öz biliklərindən çıxış edərək yeni biliklərini yaratdılar. Read the rest of this entry »
Baxış: 5482Həyat bilgisi. II sinif. Çörək
189 saylı orta ümumtəhsil məktəbin ibtiadai sinif müəllimi Əliyeva İradənin təqdimatı. Təqdimatı izləmək üçün buraya tıqlayın.
Baxış: 4226Dərs təqdimatı. Həyat bilgisi — II sinif
Bakı şəhər Səbail rayonu E. Məmmədov adına
189 № li orta məktəbin ibtidai sinif müəllimi
Əliyeva İradə Qurban qızı
Mövzu: Çörək
Dərs proyekt texnologiyası üzrə qurulmuşdur. Bu texnologiya üzrə aparılan iş sinif çərçivəsində bitmir. Verilən tapşırıqlara əsasən şagirdlər öz araşdırmaları üzrə yerinə yetirirlər. Məlumat toplamaq üçün onlar dərslikdən əlavə uşaq ensiklopediyasından, valideynin köməyilə internet resurslardan maraqlı materiallar toplayıb birlikdə ümumiləşdirirlər.Sonra hər qrup sinif qarşısında öz təqdimatını edir.Bu texnologiyada şagirdlər araşdırma vərdişlərini yaradır, informasiyanı biliyə çevirmək və onları təqdim etmək kimi bacarıqları aşılayır.Əməkdaşlıq şəraitində aparılan bu cür iş şagirdlərdə məsuliyyət , düzgün iş bölgüsü və s. kimi sosial vərdişlərini yaradır. Read the rest of this entry »
Baxış: 7036Üçtəpə kənd orta məktəbindən məktub!
Əməkdaşlıq( hekayə)
Nurlan Quliyeva
Payız günəşinin şəfəqləri səmanı işıqlandırsa da hava sərin idi. Sərinlik quşların səsində, suların şırıltısında, yarpaqların xışıltısında bir həzinlik yaratmışdı. Payızın bütün çalarları həmahəng olub təbiəti gözəlləşdirsə də bir ömrün payızı idi. Canlılar ömürlərinin yazı üçün yaşayırdılar.Təbiət isə həzin və nikbin notlar üzərində köklənərək payızdan zövq alırdı.
Səhər durub təbiəti belə gözəl gördükdə qəlbimdə xoş duyğular yarandı. Yüksək əhval ilə məktəbə getdim. Məktəbdə müəllimlərin peşəkarliq səviyyəsini artırmaq üçün təşkil olunmuş kursa göndərildiyimi bildim. Göygöl rayonuna-kurs təşkil olunmuş məktəbə getdim. Burada müxtəlif məktəblərdən gəlmiş müəllimlərə iki gənc müəllim dərs deyəcəkdi. İlk nəzərimə çarpan gənclərin mehriban və mədəni olmaları oldu. Read the rest of this entry »
Видео- урок в 6-ом классе по технологии Конструктивного обучения.

В шестом классе школы № 198 был проведен «Мастер класс» (“Ustad dərsi”) на тему «Имя прилагательное».Урок был проведен по технологии Конструктивного обучения (КО) с применением ИКТ. В конструктивном обучении — КО- преподаватель не сообщает готовых знаний, а строит учебный процесс, в котором организует умственную и учебную деятельность учащихся. В таком учебном процессе учащиеся включаясь в поиск значения смысла темы , основываясь на свои знания и опыт, в интерактивной деятельности преобразовывают свои знания на новые. Продолжение (видео)…
www.kurikulum.az
Baxış: 1631Təhsilə Konstruktiv yanaşma
Bizim müsahibə
Dünya təhsil sistemində inteqrasiyanın genişləndiyi və korrelyativ mahiyyət kəsb etdiyi, qloballaşma və yeni texnologiyadan istifadənin dərinləşdiyi bir zamanda beynəlxalq miqyaslı tədbirlərin təşkili əsrin tələbinə çevrilir.
Həmin elmi məclislər problemlərin həlli və uğurların təhlili və təbliği baxımından əhəmiyyətlidir.Belə tədbirlərdən biri Moskva şəhər Təhsil departamenti nəzdində Mədəniyyət və Təhsil Akademiyasının keçirdiyi benəlxalq konqres olmuşdur. Read the rest of this entry »
Baxış: 2303Müəllimdən müəllimə
Rollar üzrə oyun
- Rollar üzrə oyunun şagird fəaliyyətində mahiyyəti.
- Rollar üzrə oyun – tamaşada müəllimin məqsəd və mövqeyi.
- Rollar üzrə oyunun təşkili texnologiyası.
- Oyuna hazırlıq.
- Rollar üzrə oyunun təqdimatı (göstəricisi).
- Oyunun müzakirə və qiymətləndirilməsi.
Nümunə: Ə.B.Haqverdiyevin tədris olunan “Bomba” hekayəsinin (novella) rollar üzrə oyun – tamaşası. Read the rest of this entry »
Baxış: 2246Fikir sıçrayışının (Breyrinq) tədrisə tətbiqi texnologiyası.
Dərsdə mövzunun doğurduğu mürəkkəb sualın alternativ variantlarını tapmaqda və həll etməkdə münaqişənin də ortaya çıxması təbii haldır.Bu münaqişə anında fəallıq forması kimi fikir sıçrayışı üsuluna da tez – tez müraciət olunur.Və əvvəlcədən deyək ki,bu üsul, metod ümumi şəkildə şagirdlərin öz daxili dünyalarına boylanma və baxmalarına müsbət təsir göstərir.Bundan savayı, problem suallı məsələnin həllində fikir sıçrayışı metodunun tətbiqi şagirdlərin yaradıcılıq potensiallarının inkişafına, onların öz fərdi düşüncələrini başqalarının (sinif yoldaşlarının) düşüncələrinə qarşı qoymağa, yeni – yeni təşəbbüslər irəli sürməyə misilsiz imkan yolu açır.Həmçinin fikir sıçrayışına müraciət üsulu, idrakın dərketmə növü kimi də problemin təhlilində şagirdlərin analitik və sitetik təfəkkürünün inkişafına dəyərli yardım göstərmiş olur. Read the rest of this entry »
Baxış: 1934

