Archive for the ‘Layihələr’ Category
Beynəlxalq təhsil layihəsi
“Ev tapşırıqları olmadan oxuyuruq” beynəlxalq Azərbaycan-Rusiya təhsil layihəsinin məramı:
-təhsil texnologiyaları ilə İKT-nin tədris prosesində səmərəli inteqrasiyası ;
-tədris vaxtından səmərəli istifadəsi;
-müəllimləri şagirdləri dərketmə fəaliyyəti ilə “öyrənməyi öyrətmək” bacarıq və vərdişlərinə yiyələndirmək ;
-şagirdlərin dərketmə fəalityyətinin inkişafı və onların dərketmə üsullarına yiyələndirərərk onlarda özü öyrənmə bacarıqlarını yaratmaq ;
Layihənin ən yaxın məqsədləri:
-hər iki tərəfdən 25 nəfərdən ibarət qrupu təşkil etmək (ibtidai məktəb);
-müəllimlər üçün pedaqoji texnologiyalar “Konstruktiv yanaşma ilə interaktiv təlim” mövzusunda distant təlim kursunun keçrilməsi; Read the rest of this entry »
Baxış: 2024Beynəlxalq təhsil layihəsi
Fatma xanım Bunyatova
Ev tapşırıqlarısız müvəffəq oxumaq olarmı?
Bəli olar, əyər dərslərdə qabaqçıl pedaqoji texnologiyalarla İnformasiya və Kommunikasiya Texnologiyalarını düzgün inteqrasiya edilsə.
Pedaqoji texnologiyalar müəllimə imkan verir ki qarşıya qoyulan məqsədə tez və effektli catsın, İKT isə bu məqsədə catmaq ücün bir vasitədir. Bu iki texnologiyaların dərslərdə Read the rest of this entry »
Baxış: 1773Международный образовательный проект
Международный образовательный проект » Азербайджан — Россия.
Учимся без домашних заданий» нацелен :
-на эффек тивную интеграцию образовательных технологий с компьютерными технологиями в учебный процесс;
-на рациональное использование учебного времени;
-на приобретение учителями навыков и умений учить учеников учиться.
Ближайшие задачи проекта:
-организовать группу учителей из 25 человек (начальная школа) с Read the rest of this entry »
Ankara görüşləri -3
Fatma xanım Bunyatova
Maya kollecinin təsisçisi olan Ziya Səlcuq bəylə birinci görüşümüzdən sonra, Maya kollecində təyin olunmuş vaxtda Ziya bəyin dəvət etdiyi alimlər və kollecin rəhbərləri qarşısında “Azərbaycan və Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsini təqdimatını etdim. Təqdimata Kütahya Dilpinar Universitetindən, Ankaranın ODTU –dan da alimlər dəvət edilmişdir.
Özümü təqdim etdikdən sonra , öncə Azərbaycanda gedən təhsil islahatları haqqında qısa bir məlumat verdim. İştirakçıların diqqətini müəllimlərin yenidən hazırlanmasına, yeni dərsliklərin yaradılması məsələlərinə yönəltdim. Həqiqətən də çox işlər görüldüyünü , müəllimlərin az da olsa fəallıqlarıının nəticəsi görünməsini vurğuladım.
Layihənin təqdimatı çox diqqətlə izlənildi. İki dövlətin təhsil sahəsində keçirdikləri yeniliklərdəki fərqlər və oxşarlıqlar demək olar ki, eynidir. Müzakirə obyekti və düşündürücü suallar layihənin üç əsas qayəsi olan koqnitiv Read the rest of this entry »
Baxış: 2144Ankara görüşləri
Fatma xanım Bunyatova
Öz axarı ilə gedən işlər həmişə uğurlu olur. Ankarada birinci görüş xanım Zerri Beşerlə olmuşdur. Zerri xanımla görüşdən sonra İstanbulda “Öğretmen Dərnəyi Vaqfı”nın başqanı Kayhan Karlı ilə görüşdüm.
Kayhan bəy söhbət əsnasında məndən fuzzu logigə münasibətimin necə olmasını soruşdu. Gülümsəyərək ona: “ Mən 10 ildən coxdur ki, təhsildə bu məsələ ilə bağlı araşdırmalar edirəm, qeyri-səlist məntiqin mexanizmləri ilə fənn biliklərini modelləşdirirəm” dedim.
— “Türkiyədə Ziya Səlcuq adlı bir alim var. O da riyaziyyatın tədrisində qeyri- səlist məntiqin tətbiqi sahəsində axtarışlar aparır. Sizin onunla tanışlığınız bu əhəmiyyətli projenin həyata keçirilməsində böyük rolu ola bilər” deyərək ona zəng etdi, mənim haqqımda və layihə haqqında məlumat verdi.
Professor Ziya Səlcuqla ilk görüşümüz iyunun 28-də Maya kollecində oldu. Söhbət əsasında cağdaş dünyamızda pedaqoji gəlişmələr haqqında fikirlərimizi bölüşdük. Azərbaycanda və Türkiyədə gedən islahatlar barəsində şəxsi görümlərimizi açıqladıq. Read the rest of this entry »
İstanbul görüşləri.
Fatma xanım Bunyatova
Ankaradan İstanbula günorta vaxtı çatdıq. Samandara dayanacağında bizi «Ögretmen Akademisi Vagfı» qenel başqanı və təsisçisi Kayhan Karlı qarşıladı və İstanbulun modern mərkəzlərindən biri olan Ataşehirə gətirdi.
Nahar zaman süfrə arxasında işgüzar söhbətimiz başladı. Kayhan bəy İstanbulda və ümuiyyətlə Türkiyədə təhsilin inkişafı barəsində ətraflı söhbət etdi. Harvard və Oksford universitetlərində təhsilin yeniləşdirilməsi yolları , aldığı biliklər haqqında danışdı. Mənim ona bu yenilikləri necə həyata keçirirsiniz sualıma belə cavab verdi. “Bir neçə il bundan əvvəl bir bankdan ödül qazanmışdım. O ödülün köməyi ilə bir Vaqf yaratdım və müəllimlərə kouçluq eləməyə başladım. Kouçdan keçən hər bir müəllim öz məktəbində bu biliklərli paylaşaraq məktəblərinə yeni düşüncə mədəniyyəti gətirmiş oldular. Bax, bu yolla hər kouçinqdən sonra müəllimlər öz sinif otaqlarında təlim mühitini dəyişdirərək iş yoldaşları ilə öz biliklərini paylaşaraq onlara məktəbdə kouçluq eləməyə başladılar.”
-Bu kouçinqlərdə iştirak edən müəllimlər dövlət məktəbinin müəllimləri, yoxsa Read the rest of this entry »
Ankara görüşləri
Fatma xanım Bunyatova
“Azərbaycan –Türkiyə Yeni Ortaq Egitim Sistemi – YOES layihəsi”nin Türkiyə pedaqoji ictimaiyyətinə tanıtım mərhələsi başlamışdır. Layihə haqqında ilk söz Sakarya Universitetindən Prof.Dr.. Aytəkin İşmandan gəldi:
-“Merhaba Fatma hanım,
Projenizi okudum ve çok etkilendim. Hayata kolaylıkla geçirilebilecek bir proje. Bu proje sayesinde Azerbeycan eğitim sistemi hızla kürsel dünya eğitim sistemi ile entegre olabilir.
Bu projeye ben nasıl katkı sağlayabilirim ve sizin için ne yapabilirim? Benden beklenenler nedir?”
Prof.Dr. Aytəkin İşman “The Turkish Online Journal of Educational Technology – TOJET “Jurnalının baş redaktoru, İSTEC konfranslarının təşkilatcılarından biridir və sözsüz ki, Türkiyədə və dünya pedaqoji cəmiyyətində gedən proseslərdən xəbərdardır. Hörmətli professorun bu layihənin həyata keçirilməsində yardımçı olması əlbəttə ki, məni çox sevindirdi.
Layihəyə ikinci dəstək Dəngə Mərkəzin rəhbəri və təsisçisi Dr . Zerrin Beşerdən gəldi. Hörmətli Zerrin xanım Beynəlxalq Kouçinq Assosiyasının üzvüdür və kouçinqlə məşğuldur. Read the rest of this entry »
“Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsinin Kurikulum mərkəzində elmi müzakirəsi
“Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsi Təhsil Nazirliyinin təklifi ilə Təhsil Problemləri İnstitutunda elmi müzakirəyə çıxarılmışdır. Müzakirəni İnstitutun direktor müavini , Kurikulum mərkəzinin direktoru, fəlsəfə doktoru Ənvər Abbasov açaraq layihə haqqında qısa məlumat verdi. Sonra söz layihəni təqdim etmək üçün layihə rəhbəri , “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatovaya verildi. Məruzəçi layihənin məqsədi , quruluşu , onun elmi əsasları və görüləcək işlər haqqında ətraflı məlumat verdi. Eyni zamanda “Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi — YOES” layihəsinin gətirəcəyi yenilikləri açıqlayaraq reallıqla müqayisə etdi. “Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsi üç koqnitiv (dərketmə) üzərində qurulmuşdur. Bunlardan birincisi İsveçrə alimi J.Piajenin dərketmə nəzəriyyəsinin tamlıq məntiqinin və Lütfi Zadənin qeyri-səlist məntiqinin mexanizmləri ilə yardaılan fənn biliklərin yeni quruluşunun modelidir. Read the rest of this entry »
Konstruktiv yanaşma ilə interaktiv dərsin quruluşu
Fatma xanım Bunyatova
Konstruktiv yanaşma ilə interaktiv təlimlə aparılan dərs iki hissədən ibarətdir:
Dərsin birinci hissəsi 3 mərhələdən ibarətdir:
1) anlamı üzə çıxartmaq (müəllimin sualları; sual elə qurulur ki, o hamıya aid olur)
2) anlamı müəllimin əlavələri və şərhi ilə genişləndirmək (müəllimin əlavələri)
3) anlamı biliyə çevirmək (şagirdlər dərslik və paylama materialları üzərində verilən tapşırıqları yerinə yetirərək öz anlamlarını biliyə çevirirlər)
Dərsin ikinci hissəsi:
1)şagirdlər işçi vərəqləri üzrə komandada işləyirlər (aldıqları bilikləri tətbiq edərək, o biliklərin düzgünlüyünü, yanlışlığını əks etdirirlər); Read the rest of this entry »
Baxış: 2385Konstruktiv yanaşma ilə interaktiv təlim
Fatma xanım Bunyatova
Konstruktiv yanaşma ilə interaktiv təlim — müəllif təlimidir. Bu təlim yeni fənn kurikulumun səmərəli tətbiqi ücün təklif olunmuşdu.
1. Konstruktiv yanaşma ilə interaktiv təlimdə diqqət şagirdin sosial və idraki fəaliyyətinə yönələrək hər bir şagirdi azad düşüncəli, sosial və idraki bacarıqlı bir vətəndaş kimi böyütməkdir.
Bu təlim texnologiyasının məqsədi hər bir şagirdin idrakının inkişaf etdirilməsi və onu öz hüququnu dərk edən, özünüinkişafını bacaran, öz biliyini yaradıcılıqla yeniləşdirən bir demokratik şəxsiyyət yetişdirməkdir.
2. Konstruktiv yanaşma ilə interaktiv təlimdə müəllim şagirdlərin təlim fəaliyyətlərinin əlaqələndiricisi, dərsin meneceri, mediatorudur və idraki fəaliyyətə istiqamətləndiricidir.
3. Konstruktiv yanaşma ilə interaktiv təlimdə şagird bilik qazanan, biliklərini yeniləşdirən, komandada iş birliyi quran, sosial və idraki bacarıqlarını inkişaf edəndilər. Read the rest of this entry »
Baxış: 3955