Trabzonda “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin treninqi
Martın 21-25-i Trabzonun Zorlu Qrant otelində “Azərbaycan-Türkiyə Yeni Ortak EğitimSistemi-YOES” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimlərinin “Liderlik və İnnovativ təlim” adlı treninqi keçirilmişdir. Treninqi Türkiyədən Morfo Gelişim Akademisi qurucusu, Eğitmen, Koç Arzu Aktaş, Azərbaycandan Özəl “İdrak məktəbi” Konstruktiv təlim məktəbinin yaradıcısı Fatma xanım Bunyatova apardılar.
Treninqdə Azərbaycandan — Bakı, İsmayıllı, Qəbələ müəllimləri, Türkiyədən isə Trabzon , Rizə , Ankara müəllimləri iştirak edirdi.
Treninqin 3-cü günü Trabzonun BVƏ ilk öyrətim okulunun IV sinifində treninq iştirakçıları üçün riyaziyyat dərsindən “Onluq kəsir” mövzusunda master-klas keçirildi. Master-klası “Azərbaycan-Türkiyə Yeni Ortak Eğitim Sistemi-YOES” layihəsinin rəhbəri Fatma xanım Bunyatova apardı. Dərs Konstruktiv təlimlə qurulmuşdur. Bu dərs xüsusilə şagirdlərin biliklərinə əsaslanmışdır. Şagirdlər öz biliklərini qoyulan suallarla üzə çıxardaraq müəllimin məntiqi sualları və əsasları əsasında bir biliyi başqa biliyə çevirərək, sadə bilikdən mürəkkəb biliyə gedən yolda öz biliklərini qurmuş oldular. Read the rest of this entry »
Baxış: 2101Azərbaycan-Türkiyə müəllimlərinin beynəlxalq treninqi
Trabzonda Morfo Gelişim Akademisi və Özəl «İdrak məktəbi»nin təşkilatçılığı ilə “Lider və innovativ müəllim” beynəlxalq treninqi keçiriləcək. Treninqi Azərbaycandan- dünyanın tanınmış 50 lider texnoloqlarından biri olan , Konstruktiv təlim mərkəzinin yaradıcısı Fatma xanım Bunyatova , Türkiyədən — Morfo Gelişim Akademisi qurucusu , Read the rest of this entry »
Baxış: 2514Təlim strategiyaları və pedaqoji texnologiyalar
Fatma xanım Bunyatova
“Strategiya” yunan mənşəli sözdür ( “sərgərdənin incəsənəti” ) və təhsildə təlim strategiyası anlamı “ öyrədənin öyrəncinin qarşısna qoyulan məqsədə çatmaq üçün öyrətmə metod və usullardan istifadəsidir” deməkdir.
Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni, siyasi və ictimai reallığı ilə bağlıdır.
Təhsil prosesində təlim strategiyasının vacibliyi ondan ibarətdir ki o asan metod və usullarla öyrənçilərə öyrənməyə imkan yaradır. Təlim strategiyasının vacib amillərindən biri də interaktiv və ənənəvi təlim mühitində, mümkün olan zaman strategiyaların birlikdə istifadə edilməsidir. Təlim strategiyalarına inteqrativ yanaşma təlimin keyfiyyətini və öyrənçilərin müvəffəqiyyətlərinin artmasına gətirib çıxarır. Read the rest of this entry »
Baxış: 46050Konstruktiv yanaşma ilə interaktiv təlimlə Ədəbiyyat fənnindən qurulan dərs nümunəsi .
Fatma xanım Bunyatova
Ədəbiyyat V sinif (A.Süleymanova və b.)
Mövzu: “Müəllimin arzusu”
Konstruktiv yanaşma ilə interaktiv dərs iki hissəli dərsdir. Dərsin birinci hissəsi üç mərhələdən ibarətdir. Hər mərhələdə görülən iş sonrakı mərhələ ilə əlaqəli olduğu üçün şagirdlər silsiləli təlim və əqli fəaliyyətdə olurlar. Şagirdlər 4 nəfərdən ibarət komandalarda təlim fəaliyyətində olurlar
Standart 1.1.1.; 1.1.2; 1.1.3; 1.2.4; 2.1.1.; 2.2.1.;
Məqsəd :
— şagirdlərin arzu haqqında anlamlarını üzə çıxartmaq və onu genişləndirmək;
-mətnə sual qoymaq, suala ətraflı cavab vermək, ifadəli oxu bacarıqlarını inkşaf etdirmək;
— şagirdlərin cütlükdə və komadada qarşılıqlı müzakirə bacarıqlarını inkişaf etdirmək;
Təlim fəaliyyətləri: cütlükdə oxu ; cütlükdə müzakirə ; komandada müzakirə; Read the rest of this entry »
Baxış: 8390YENİ TƏLİM TEXNOLOGİYALARI – Konstruktiv yanaşma ilə interaktiv dərs.
Svetlana Əliyeva
Xızı rayonu Giləzi kənd tam orta məktəin ibtidai sinif müəllimi
a.svetlana@box.az
Müasir dərsi layihələşdirərkən calışıram ki, yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edim. Bu inteqrativ yanaşmada bir çox və eyni zamanda müxtəlif sayda texnoloji proqramları təlim texnologiyaları ilə sintez edərək yeni kontekstdə istifadə etmək bir pedaqoq kimi müəllimdən yüksək bilik və bacarıq tələb edir. Bu bacarıqlara yiyələnmək üçün daima öz üzərində işləməli , müxtəlif treninqlərdən, kurslardan keçərək öz biliklərimi artırmalıyam.
XXI əsrin texnologiyalar əsri olması təhsilimizə bir çox yeniliklər gətirdi. Azərbaycan Respublikasının “Təhsil Sahəsindiə İslahatlar Proqramı “ çərçivəsində Təhsil Nazirliyi tərəfindən aparılan treninqlər və digər təşkilatların bu sahədə apardıqları iş biz müəllimlərə yardımçı olmuşdur. Read the rest of this entry »
Baxış: 4669«Liderlik, innovativ müəllim və innovativ dərs» treninqi
Fevral ayının 15-i İrşad otelin Konfrans zalında “Azərbaycan- Türkiyə Yeni ortaq Eğitim Sistemi -YOES” layihəsi çərçivəsində “Liderlik, innovativ müəllim və innovativ dərs” mövzusunda növbəti treniniqimiz keçirildi. Treninqi Türkiyədən- Morfo Akademisinin Yaradıcısı, Eğitmen, Koç Arzu Aktaş və Özəl “İdrak məktəbi”nin direktoru , Konstruktiv Təlim Mərkəzinin yaradıcısı Fatma xanım Bunyatova apardı. Treninqdə Bakı şəhərinin müəllimləri ilə bərabər Təhsil Nazirinin müşaviri Ağababa İbrahimov iştirak edirdi.
Treninqdə liderlik keyfiyyətləri hansılardır və ona hansı yollarla yiyələnməyi göstərən Arzu xanımdan sonra, Fatma xanım bu keyfiyyətləri sinif otağında şagirdlərdə necə yaradılmasını, hansı təlim və əqli fəaliyyətlərin formalaşmasının əsaslarını göstərdi. Treninqdə yaradılan yeni yanaşma ilə dərs modelini ənənəvi və fəal təlimlə aparılan dərs modelləri ilə müqayisə edən müəllimlər konstruktiv yanaşma ilə interaktiv təlimin nə qədər sadə, anlamlı olduğu ilə bərabər, nə qədər keyfiyyətli , şagirdlərə başa düşüləsi və rahat olduğunu dərk etdilər. Read the rest of this entry »
Baxış: 2213İnteraktiv yanaşma ilə konstruktiv təlimlə aparılan dərs modeli
Fatma xanım Bunyatova
Kök və şəkilçi
Azərbaycan dili 3-çü sinif. R. İsmayılıov və b.
şagirdlərin kök və şəkilçi anlamlarını üzə çıxardaraq inkişaf etdirmək;
şagirdlərin yazılı və şifahi nitqlərini qaydalı nizamlamaq;
komandada qarşılıqlı əməkdaşlıq vərdişlərini formalaşdırmaq.
“Kök və şəkilçi” mövzusu şagirdlərə II sinifdən tanışdır. Dərsin əsas məqsədlərindən biri şagirdlərin “kök” və “şəkilci” anlamlarını üzə cıxartmaq, onları inkişaf etdirərək, hər bir şagirdə onu öz şəxsi biliklərinə cevirməyə şərait yaratmaqdır.. Öncə onu qeyd etmək istərdik ki, müəlliflər tərəfindən dərs ardıcıllığında mövzunun yeri düzgün secilməyibdir. Mövzünün bilik sisteminin tamlığında yeri hecadan, sözdən sonra olmalı idi. Sistemli xətt üzrə biliklər məntiqi ardıcıllıqla bu yöndə öyrənməli idilər: səs- hərf-heca-söz- sözün kökü- sözün şəkilcisi — eynimənalı və yaxınmənalı- əksmənalı- çox mənalı sözlər. Bu halda biliklərin bir-biri ilə bağlılığı, assosiativliyi yaranır. Read the rest of this entry »
Baxış: 6088








