İstanbul görüşləri.

 

Fatma xanım Bunyatova

IMG_0437Ankaradan İstanbula günorta vaxtı çatdıq. Samandara dayanacağında bizi  «Ögretmen Akademisi Vagfı» qenel başqanı  və təsisçisi Kayhan Karlı qarşıladı  və  İstanbulun modern mərkəzlərindən biri olan Ataşehirə gətirdi.
Nahar  zaman süfrə arxasında işgüzar söhbətimiz başladı. Kayhan  bəy İstanbulda  və ümuiyyətlə  Türkiyədə təhsilin inkişafı barəsində ətraflı söhbət etdi.  Harvard və Oksford universitetlərində təhsilin yeniləşdirilməsi yolları , aldığı  biliklər haqqında danışdı. Mənim ona bu yenilikləri necə həyata keçirirsiniz sualıma belə cavab verdi. “Bir neçə il bundan əvvəl bir bankdan ödül qazanmışdım. O ödülün köməyi ilə bir Vaqf yaratdım və müəllimlərə kouçluq eləməyə başladım. Kouçdan keçən hər bir müəllim öz məktəbində bu biliklərli paylaşaraq məktəblərinə yeni düşüncə mədəniyyəti gətirmiş oldular. Bax,  bu yolla hər kouçinqdən sonra müəllimlər öz sinif otaqlarında təlim mühitini dəyişdirərək iş yoldaşları ilə öz biliklərini paylaşaraq onlara məktəbdə kouçluq eləməyə başladılar.”
-Bu kouçinqlərdə iştirak edən müəllimlər dövlət məktəbinin müəllimləri, yoxsa Read the rest of this entry »

Baxış: 1889

Ankara görüşləri

neneFatma xanım Bunyatova

“Azərbaycan –Türkiyə Yeni Ortaq Egitim Sistemi – YOES layihəsi”nin   Türkiyə pedaqoji ictimaiyyətinə tanıtım mərhələsi başlamışdır. Layihə haqqında ilk söz Sakarya Universitetindən  Prof.Dr.. Aytəkin İşmandan gəldi:
-“Merhaba Fatma hanım,
Projenizi okudum ve çok etkilendim. Hayata kolaylıkla geçirilebilecek bir proje. Bu proje sayesinde Azerbeycan eğitim sistemi hızla kürsel dünya eğitim sistemi ile entegre olabilir.
Bu projeye ben nasıl katkı sağlayabilirim ve sizin için ne yapabilirim? Benden beklenenler nedir?”
Prof.Dr. Aytəkin İşman “The Turkish Online Journal of Educational Technology – TOJET “Jurnalının baş redaktoru, İSTEC konfranslarının təşkilatcılarından biridir və  sözsüz ki, Türkiyədə və dünya pedaqoji cəmiyyətində gedən proseslərdən xəbərdardır. Hörmətli professorun bu layihənin həyata keçirilməsində yardımçı olması əlbəttə ki, məni çox sevindirdi.
Layihəyə ikinci dəstək Dəngə Mərkəzin rəhbəri və təsisçisi  Dr . Zerrin Beşerdən gəldi. Hörmətli Zerrin xanım Beynəlxalq Kouçinq Assosiyasının üzvüdür  və kouçinqlə məşğuldur. Read the rest of this entry »

Baxış: 1625

28 May Respublika günü


Əziz həmvətənlərim, sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə ürəkdən təbrik edirəm.Bu tarix xalqımızın qan yaddaşında ən möhtəşəm və parlaq səhifədir. Məhz həmin gün — 90 il öncə 1918-ci il mayın 28-də böyük öndərimiz Məhəmmədəmin Rəsulzadənin liderliyi ilə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika — Xalq Cümhuriyyəti elan edilmişdir, lakin Azərbaycan Xalq Cumhuriyyəti (Respublikası) adlandırılan bu dövlət cəmi 23 ay ömür sürmüşdür. 1920-ci il aprelin 28-də rus ordusu (11-ci Qırmızı ordu) Bakını işğal etmiş və Azərbaycanı yenidən öz müstəmləkəsinə cevirmişdir. 

Beləliklə, Azərbaycan Sovet Sosialist Respublikası yaradılmış və SSRI-nin tərkibinə daxil edilmişdir. Yetmiş il əsarət altında qalan Azərbaycan xalqı nəhayət 1991-ci ilin 18 oktyabrında bir daha öz müstəqilliyini bərpa etdi. Read the rest of this entry »

Baxış: 1869

Kurikulumun inkişafında innovativ yanaşmalar

Təhsil Nazirliyinin qrifi ilə çap olunacaq  «Kurikulumun inkişafında innovativ yanaşmalar»  metodik məcmuəsinə  hər bir innovativ müəlim  öz dərsini  göndərə bilər.

Bu metodik vəsait kurikulumun təlim strategiyasının genişləndirilməsi istiqamətində hazırlanır.  Metodik vəsaitin məqsədi  geniş müəllim auditoriyasını dünya pedaqoji məkanında işlənən ,  tədris olunan yeni  təlim texnologiyaları ilə tanış etməkdir.  Bu vaxta qədər kurikulumun təlim strategiyası fəal təlim kimi qəbul edilib, bu metodik vəsaitdə isə müəllimlərin  proyekt, problem, konstruktiv Read the rest of this entry »

Baxış: 2577

Dərsliklər və yeniliklər

 Fatma xanım Bunyatova

Ədəbiyyat -5  (A.Süleymanova və b. ) Müəllim ücün metodik vəsaitinə  konstruktiv yanaşma prizmasından baxış

Ədəbiyyat-5 (A.Süleymanova və b.)  dərsliyin müəllifləri  kurikulumun təlim strategiyasına  yenilik gətiriblər. Onlar Amerika alimləri Robert Strenberq və Horvard Qardnerin oxu strategiyalarına əsaslanaraq dərs prosesində şagirdlərin oxuyaraq öyrənmələrini əsas götürürlər. Müsbət bir haldır ki,  müəlliflər MMV-də müəllimlərə  bu strategiya haqqında geniş məlumat verirlər, misallar gətirərək  onu hər tərəfli açıqlayıb təhlil edirlər, istiqamətlərini nəzəri cəhətdən göstərirlər.

H.Qardner  Jan Piajenin koqnitiv (dərk etmə) nəzəriyyəsinə əsaslanan,bu nəzəriyyəni  inkişaf etdirən bir alimdir.  Koqnitiv nəzəriyyə  , yəni dərk etmə nəzəriyyəsi ,  konstruktivizimə aiddir.  Bu dərketmə prosesində hər bir şagird öz biliklərindən,  təcrübəsindən çıxış edərək öz biliklərini yaradır. Müəlliflər nəzəri cəhətdən bunu təsdiqləyirlər,  nümunəvi dərslərdə bunu fəal təlimin üsulları üzrə qurmağa cəhd edirlər  (müəllimlər təlimlərdə fəal təlim strategiyasına yiyələnirlər, buda bir paradoksdur yenilik var, amma tətbiqi öyrənilmir ) , lakin bu cəhd tam  alınmır.  Çünki,  fəal təlimin yolu bir yoldur,  konstruktivizmin,  dərketmənin yolu isə başqa bir yoldur.  Konstruktivizimdə fəal ünsiyyət, Read the rest of this entry »

Baxış: 3014

“Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsinin Kurikulum mərkəzində elmi müzakirəsi

“Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsi Təhsil Nazirliyinin təklifi ilə Təhsil Problemləri İnstitutunda elmi müzakirəyə çıxarılmışdır. Müzakirəni İnstitutun direktor müavini , Kurikulum mərkəzinin direktoru, fəlsəfə doktoru Ənvər Abbasov açaraq layihə haqqında qısa məlumat verdi. Sonra söz layihəni təqdim etmək üçün layihə rəhbəri , “İdrak məktəbi”nin direktoru Fatma xanım Bunyatovaya verildi. Məruzəçi layihənin məqsədi , quruluşu , onun elmi əsasları və görüləcək işlər haqqında ətraflı məlumat verdi. Eyni zamanda “Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi — YOES” layihəsinin gətirəcəyi yenilikləri açıqlayaraq reallıqla müqayisə etdi. “Azərbaycan-Türkiyə Yeni Ortaq Eğitim Sistemi – YOES” layihəsi üç koqnitiv (dərketmə) üzərində qurulmuşdur. Bunlardan birincisi İsveçrə alimi J.Piajenin dərketmə nəzəriyyəsinin tamlıq məntiqinin və Lütfi Zadənin qeyri-səlist məntiqinin mexanizmləri ilə yardaılan fənn biliklərin yeni quruluşunun modelidir. Read the rest of this entry »

Baxış: 2051

«İdrak məktəbi Montessori pre-school qroup»a erkən qəbul başlandı

Hörmətli valideyinlər!

Övladınızın  erkən hərtərəfli inkişafı sizi maraqlandırırsa , o zaman “İdrak məktəbi Montessori pre-school qroup”   məhz sizin axtardığınız ünvandır.

Bakı  şəhəri, Azadlıq prospekti 151a

tel: (012) 441 58 06 

İdrak məktəbi Montessori pre-school qroup”  uşaqlarınızın  məktəbəqədər hazırlıq dövrü üçün ən gözəl seçim yeridir. Burada  uşaqlar   yazmaq , oxumaqla bərabər eyni zamanda
Gündəlik danışıq  ingilis  və rus dilləri  keçirilir.  Kompüter, teatr  , rəqs, nəğmə  və Read the rest of this entry »
Baxış: 1541

«İdrak məktəbi»nə 2013-2014-cü tədris ilinə erkən şagird qəbulu başlandı

                                                                                     Hörmətli valideyinlər!

Məktəbdən sonra övladınızın tərbiyəsi və təhsili sizi ciddi maraqlandırırsa , o zaman “İdrak məktəbi”nə müraciət edin. Biz məhz sizin axtardığınız ünvanıq.

Bakı  şəhəri, Azadlıq prospekti 151a    tel: (012) 441 58 06 

“İdrak məktəbi”   məktəbdən sonra məktəbdir. Burada məktəblilər kiçik qruplarda ev tapşırıqlarını hazırlayırlar. Məktəbdə dərslərdə başa düşmədikləri mövzular   “İdrak məktəbi”nin    gənc və istedadlı müəllimləri tərəfindən yenidən  izah olunaraq öyrədilir .
Gündəlik danışıq  ingilis  və rus dilləri  keçirilir.  Kompüter, şahmat , rəqs, nəğmə   Read the rest of this entry »
Baxış: 1705

Dərsliklərin monitorinqindən gələn nəticələr…

Fatma xanım Bunyatova

Son bir neçə aydır ki,  TQDK tərəfindən Təhsil Nazirliyinin qrifi ilə buraxılan I-V siniflər üçün yeni dərsliklərin monitorinqi keçirilib və onun nəticəsi ictimaiyyətə mütəmadi olaraq açıqlanıb. Bir pedaqoji texnoloq kimi mən də bu monitorinqə təbii maraqla yanaşaraq özüm üçün bir neçə  sual aydınlaşdırmaq istəyirdim. Bu sualdan ən birincisi nəyə görə bizə müraciət edən müəllimlərin əksəriyyəti “kurikulumla işləyirik, yəni yeni  proqram və dərsliklərlərlə,  amma əksər vaxtı dərsimizi əvvəlki qayda ilə aparırıq” deyə  müraciət etmələridir.

İkinci mənə qaranlıq sual yeni kurikulum tələbləri, təlim strategiyaları hansı səviyyədə  dərsliklərdə və metodik vəsaitlərdə müəllimlərə aydınlaşdırılıbdır və  verilən dərs nümünələri həqiqi mənada özündə yenilik daşıyır yoxsa yenilik imitasiyasına bənzəyir. TQDK seminarlarında Read the rest of this entry »

Baxış: 2868

Fənn biliklərinin strukturlarının formal-məntiqi və qeyri səlist modelləşdirilməsi -təfəkkür yolu

 

    Fatma xanım Bunyatova
                                              “İdrak məktəbi”nin direktoru
                Konstruktiv təlim texnologiyasının  müəllifi

                           Bu məqalə  XXI əsrin təhsil strateqiyasınin  təhsilin təfəkkür yoluna istiqamətləndirilməsindən bəhs edir. Təlimi  təfəkkür yoluna  istiqamətləndirmək ücün təlimdə  üc köklü dəyişikliklər edilməlidir:

  1. Təlim üsulunun dəyişdirilməsi;
  2.  Biliklərin məntiqi strukturlaşdırılması. Bu strukturlar  süni və təbii idrak strukturları ilə eyni kökdə qurulmalıdırlar.
  3.  Fənn biliklərinin tamlıq-məntiqi  və qeyri—səlist modelləşdirilməsi. Bu cür  yanaşma psixopedaqoqikada  yeni bir  istiqamət  nano-psixopedaqoji  istiqamət yaradır..

Nəticə  etibariı ilə  bu 3 prinsip təlim sisteminin quruluşunu dəyişdirir.  Şagirdlərə bilik almaq əvəzinə onlara  nano-psixopedaqoji  yanaşmada qurulan biliklərlə təmasda olaraq öz biliklərini Read the rest of this entry »

Baxış: 3472
Google-Translate
Şagird qəbulu
Distant kurslar
Montessori-pre school qroupe