Archive for the ‘Müəllimdən müəllimə’ Category
Constructive Teaching Technology and Perspectives of Nanopsychopedagogy.
Baxış :5075
Constructive Teaching Technology and Perspectives of Nanopsychopedagogy.
The cognitive theories of learning admit the importance of the intellect in the process of comprehension of training material. In the XX century Piaget, Vygotsky and Brouner submitted a great contribution to the theory of cognition. In the world pedagogical and psychological community the cognitive theories of Piaget, Vygotsky, Bruner and other teaching theories which totally admit the importance of intellect are unified under the title of constructivism (Funderstanding-5). From our point of view the constructivism is a psycho-pedagogy and it is a formation of the educational process on the base of pedagogy and psychology. Constructivism is an avant-garde of the pedagogical technology (Luis Bench-7). The presented Technology of Constructive Teaching is a result of research and practical activity of the Azerbaijan –“Intellect school” during the last 20 years.
Read the rest of this entry »
“Göynən gedən fikirlər”
Fatma xanım Bunyatova
Yaradıcı müəllim «Konstruktiv təlim mərkəzi»nin üzvü Nurlan Quliyeva “Riyaziyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabına rəy yazmağı məndən xahiş etmişdi. Kitab yeniliyi və orijinallığı ilə mənim cox xoşuma gəldi. Yazdığım rəyi Nurlan müəllimə “Ön söz” kimi kitaba salmaq ücün məndən izn istədi. Razılıq verdim. Lakin kitab TN komissiyalarından kecəndə “Ön söz” komissiya üzvlərinin birinin xoşuna gəlməyərək “cox göydən gedən fikirlərdi” deyərək onu kitabdan cıxartmağa göstəriş vermişdi..
Eybi yoxdur. Bir “Ön söz”ün cıxarılması ilə hec də kitaba xələl gəlmədi. Yaxşı ki kitabın adını, onun əsas məğzini dəyişdirmıyə göstəriş verilməmişdir. Konstruktiv təlim — fəal təlim deyil axı. İnternetdə konstruktiv təlimlə sadə axtarış edəndə bu sözlər cıxır: “Konstruktiv təlim zamanın ən öndə gedən pedaqoji texnologiyasıdır “ (yəni göylə gedən kursiv mənimdir)
Məhz buna görədə mən də “göynən gedən fikirləri “ yerlə gedən fikirlərin yiyələri ilə paylaşmaq qərarına gəldim. Bəlkə də hardasa, nə vaxtsa münbit bir zəmində bu fikirlər rastlaşaraq, carpazlanıb yeni şaxələrə ayrılarlar.
Ön söz
Təqdim olunan “Düşüncənin riyazi dili” adlı metodik vəsaitin adından bəlli olur ki, müəllim öz işində, qələmə aldığı təcrübəsində, riyaziyyat fənnin tədrisində yaddaşa yox, düşüncəyə Read the rest of this entry »
Təbriklər!
F. Bunyatovanın “Konstruktiv təlim mərkəzi” yaradıcı müəllim Göygöl rayonunun Üctəpə kənd orta məktəbinin müəllimi Nurlan Quliyevanı “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” metodik vəsaitinin işıq üzü görməyi ilə təbrik edir.
Kitab Azərbaycan Respublikasının TN əmrinə əsasən metodik vəsait kimi təsdiq edilmişdir
Kitab riyaziyyatın konstruktiv təlimlə tədrisinə aid metodik , göstərişlərdən, dərs nümunələrindən və riyazi anlayışlarının bədiləşdiyi elmi hekayələrdən ibarətdir. Müəllif, vəsaitdə riyaziyyatın həyatdakı rolunu göstərməklə , elmi həyatiləşdirməyə yaradıcı öyrənmənin mahiyyətini açmağa çalışmışdır. Kitabdakı tövsiyələr elmin anlam yolu ilə qavranılması ücün yaradıcı təfəkkürün formalaşmasına xidmət edir. Metodik vəsait orta məktəb çagirdləri, tələbələr və müəllimlər üçün nəzərdə tutulmuşdur.
“Koqnitiv(dərk etmə) nəzəriyyəsi əsasında innovativ məktəb” layihəsində iştirak etmək ücün ibtidai sinif müəllimləri dəvət olunur.
Fatma xanım Bunyatova
Layihənin annotasiyası
Layihə Təhsil İslahatı cərcivəsində ibtidai sinif Kurikulumun həyata kecirilməsində irəli gələn mühüm vəzifələrin innovativ yolla, innovativ məktəbdə həyata kecirməyi nəzərdə tutur və ibtidai təhsilin məzmununun yeni struktur quruluşuna və onun təlim prosesində səmərəli tətbiqi probleminə həsr olunmuşdur. Layihənin başlıca qayəsi ibtidai siniflərinin fənn biliklərini ( dil və riyaziyyat) təfəkkürün inkişafı yolunda modelləşdirilməsi, bu inkişaf yolunda pedağoji prosesin qurulması və bu inkişafın ölcu mexanizminin yaradılmasıdır. Fənn biliklərinin modelləşdirilməsi Read the rest of this entry »
Baxış: 3060Yeni biliklərin qurulması.
Fatma xanım Bunyatova
Azərbaycan təhsilinin strateqiyası böyüyən nəsli düşüncəli , yaradıcı şəxsiyyət kimi yetişdirməyə istiqamətlənməlidir ki, onlar qloballaşan, tez-tez dəyişən dünyada tələbli osunlar, və cevik olaraq öz yerlərini tutmağa bacarsınlar.
Təlim prosesində innovativ yanaşma olan Konstruktiv təlim texnoloqiyasından istifadə edən müəllim şagirdlərə bilik vermir, onlara bilik qazanmaq yollarını öyrədir. Müəllim yaradıcı proses qurur, şagirdlər isə öz yeni biliklərini qururlar. Bəs bu sözlərin göstəriciləri hansı addımlardı, hansı yönümlərdi?
Müəllim şagirdi istədiyi nöqtəyə, yəni biliyə catdırmaq ücün ona bu nöqtəyə gəlib cıxma yolunu düzənləndirir. Bu yol düşüncəyə yönəlmiş suallardan , bu sualların cavabından yararanan yeni suallardan ibarətdir. Hər bir şagird öz düşüncəsindən, öz anlamından cıxış edərək öz anlam yolunu, düşüncə yolunu qurur. Suallaşma interaktiv fəaliyyətində olanda fikir toqquşması, carpışması əmələ gəlir. Bu toquşmanın nəticəsində varlıqda olan bilik sökülüb dağılaraq Read the rest of this entry »
Baxış: 2625Innovasiya, innovativ müəllim və innovativ məktəb
Bakı ş. 225 saylı orta məktəbin müəllimi
Məmmədova Nərgizin məruzəsi
2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının başlıca məqsədi müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla, onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməkdir. Milli strategiya, inkişafın innovasiya mərhələsinə keçilməsini rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasını və inkişaf dinamikasının sürətləndirilməsini başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.
Son 4-ildə Respublikanın ibtidai məktəblərində təhsil standartı olan Yeni Kurikulum tətbiq olunur, yeni nəsil dərsliklər cap olunur, dərslərdə müəllim-şagird münasibətini dəyişmək üçün fəal təlimi tətbiq etmək tövsiyə olunur. Ümumiyyətlə, Respublikada aparılan islahatlar innovativ xarakter daşıyır. Yeni tədris planları, təlim texnoloqiyalarından, İKT-dən istifadə edilməsi, qiymətləndirmənin yeni meyarları, elektron məktəb layihələri və.s. bunlar hamısı bir yenilik kimi, bir innovasiya kimi məktəblərdə tətbiq edilir.
Bununla yanaşı yeni anlayışa əsaslanan dərsliklərin faydalı əmsalı, müəllimlərin bu dərsliklərlə işləmə səviyyəsi, şagirdlərin təlim fəaliyyəti araşdırılmalı, nəyi nəyə dəyişdirdiyimiz ciddi təhlil edilməli, yeni istiqamət və strategiyalar qurulmalıdır.
İnnovasiya bir pedaqoji fəaliyyət olaraq təhsilə yenilik gətirir, təhsil prosesinin təkmilləşdirilməsinə Read the rest of this entry »
Baxış: 17215





